Tramp “Rusiya işi” üzrə sənədi bloklayıb


Tramp “Rusiya işi” üzrə sənədi bloklayıb. ABŞ prezidenti Donald Tramp demokratların Rusiyanın seçkilərə müdaxiləsinə dair hazırladıqları məxfi sənədin dərc edilməsini bloklayıb. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı dövlət başçısının hüquq məsləhətçisi Don Makqen Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsini məlumatlandırıb. Qeyd edilib ki, milli təhlükəsizliyin təmin edilməsi baxımından sənədin dərc edilməsi məqsədə uyğun deyil. Bununla belə bildirilib ki, administrasiya sənədin yeni versiyasını nəzərdən keçirməyə hazırdır. “Ədliyyə nazirliyinin əməkdaşları sənədə yenidən baxılması üçün Komitə üzvlərinə texniki yardım göstərə bilərlər”, məktubda deyilir. Fevralın 6-da ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Komitəsi demokratların hazırladığı “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib. Donald Tramp beş gün ərzində sənədin dərci ilə bağlı qərar verməli idi.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 36 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 10.02.2018, 04:46

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM