Bərdədə DYP-nin sakinlərlə maarifləndirici görüşü olub


Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının 13-cu tağımının rəhbərliyi rayonun Gərənə kəndində Məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə sakinlərə marifləndirici söhbətlər aparıb. Tağım komandırı Rövşən Albəndov cıxışında avtomobil yollarında baş verən yol nəqliyyat hadisələri və onun acı nəticələrindən danışıb. O bildirib ki, 13-cü tağımın xidmət etdiyi ərazidə əvvəlki illərlə müqayisədə son bir ildə yol qəzaların sayı xeyli azalıb. Sakinlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək tövsiyyə olunub. Bu kimi halların qarşısının alınması üçün qaydalara əməl olunmasının vacibliyi önə çəkilib. Əksər qəzaların azyaşlıların iştirakı ilə baş verdiyi diqqətə çatdırılıb. Xüsusən valideynlər tərəfindən azyaşlılara avtomobillərin etibar edilməsinin yol verilməz olunduğu bildirilib. Bu və ya digər hallara qarşı yol polisləri tərəfindən barışmaz mübarizə aparıldığı və bundan sonra da qabaqlayıcı tədbirlərin davam etdiriləcəyi vurğulanıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 41 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 10.02.2018, 04:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM