Mayk Pens Cənubi Koreyaya səfəri çərçivəsində KXDR rəsmiləri ilə görüşə bilər


ABŞ-ın vitse-prezidenti Mayk Pens Cənubi Koreyaya səfəri çərçivəsində KXDR rəsmiləri ilə görüşə bilər.  Bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib. “Vitse-prezident Pensin Pxençxanda KXDR rəsmiləri ilə görüşü istisna edilmir. Bu baş verə bilər, baxarıq...”, deyə dövlət katibi bildirib.    Qeyd edək ki, ABŞ vitse-prezidenti Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək. KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam Oyunlarda Şimali Koreya nümayəndə heyətinə başçılıq edəcək. Onun Cənubi Koreya prezidenti Mun Çje In ilə görüşü planlaşdırılıb.  Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 186 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 07.02.2018, 00:06

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM