Anjey Kaspşik tərtərə gəlib və icra başçısı ilə görüşüb


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, qoşunların qarşıdurma xəttinin Tərtər istiqamətində növbəti monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru səhər saatlarında Rayon İcra Hakimiyyətinə gələrək, icra başçısı Müstəqim Məmmədovla görüşüb. Rayon rəhbəri nümyəndə heyəti arasında Tərtər istiqamətində əhalinin vəziyyəti müzakirə olunub. Müstəqim Məmmədov ATƏT nümayəndələrinə bildirib ki, Qoşunların Təmas Xəttinin Tərtər istiqamətində sonuncu dəfə 2017-ci ilin 8 Noybardan keçirilən monitorinqdən bu günə ermənilər atəşkəs rejimini (avtomat, pulemyot və snayper) bəzi vaxtlarda iri çaplı snayper, plemiyot və minaatanlardan istifadə edərək 749 dəfə Azərbaycan ordusunun mövqelərini 481 dəfə təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutub. Görüşdən sonra ATƏT nümayəndələri cəbhə xəttində müşahidələr aparmaq üçün rayonu Qapanlı kəndi istiqamətinə yollanıblar. Onu da qeyd edək ki , Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 358 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 07.02.2018, 23:59

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM