ABŞ-da immiqrant seçimi üzrə xüsusi mərkəz yaradılıb


Amerika prezidenti Donald Tramp immiqrantların, həmçinin Amerika vətəndaşı olmaq istəyən şəxslərin seçimi üzrə xüsusi milli mərkəz yaradıb. Bu barədə Donald Tramp memorandum imzalayıb "Federal hökumət müxtəlif nazirlik və icra hakimiyyəti orqanlarının milli təhlükəsizlik, sərhədlərin təhlükəsizliyi, daxili və ya ictimai təhlükəsizlik üçün hansı şəxslərin təhlükə yaratdığını müəyyən etməkdən ötrü əlaqələndirməni necə apardıqlarını və kəşfiyyat xarakterli, yaxud digər informasiyalardan necə istifadə etdiklərini yaxşılaşdırmalıdır. ABŞ hökuməti bu məqsədə nail olmaq üçün milli təhlükəsizliklə bağlı müəssisələrdə məlumatlardan istifadəyə vahid bir yanaşma hazırlamalıdır", - deyə sənədin mətnində bildirilir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 322 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 07.02.2018, 23:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM