Neftçalada evdən oğurluq edən şəxslər tutulub


Neftçalada Dünyamalıyev Elşən Musa oğlunun evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb. Araşdırma zamanı məlum olub ki, adıçəkilən şəxsin Neftçala şəhərində yerləşən fərdi yaşayış evinin pəncərəsindən evə daxil olan oğrular oradan 3940 manat dəyərində qızıl-zinət əşyaları aparıb. İstintaq tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluğu edən şəxs Neftçala şəhər sakini, 1995-ci il təvəllüdlü Məmmədov İdrak Əlitürbə oğludur. İdrak Məmmədov polis tərəfindən saxlanılıb. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 200 | Kateqoriya: OTV Xəbər / Manşet / Kriminal Tarix: 07.02.2018, 23:57

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM