Konqoda etnik düşmənçilik zəminində onlarla insan öldürülüb


Konqoda etnik düşmənçilik zəminində qarşıdurma baş verib. Toqquşma ölkənin şərqində, İturi vilayətində, Buniya şəhəri yaxınlığında baş verib. Lendu etnik qrupunun üzvləri Xema etnik qrupuna hücum edib. Toqquşma zamanı 26 nəfər həlak olub. Vilayətin hökumət orqanlarındakı mənbənin məlumatına görə, bir neçə ev yandırılıb.  Qeyd edək ki, yanvarın əvvəllərində prezident seçkilərinin ləğvinə etiraz əlaməti olaraq ölkəni narazılıq bürüyüb. Kinşasada güc strukturları ilə toqquşmalarda 7 nəfər öldürülüb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 179 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 06.02.2018, 05:28

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM