Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib


Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərində seçkiqabağı təşviqatın müddəti məlum olub. Millət vəkili Fazil Mustafa deyir ki, əslində anidən verilən bu qərar gözlənilən idi. Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədlərin irəli sürülməsi prosesinə fevralın 20-də start veriləcək. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim etməsi üçün ayrılan müddət martın 12-də başa çatacaq. Onu da qeyd edək ki, 2018-ci ildə keçirləcək prezident seçkilərinin oktyabr ayında baş tutacağı gözlənilirdi.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 324 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 05.02.2018, 05:23

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM