“Şərq bazarı”nın bağlanmasına görə satıcılar təşviş içindədir


Nərimanov rayonunda yerləşən Şərq bazarı müvəqqəti olaraq öz fəaliyyətini dayandırır. Buna səbəb isə onun istifadə müddətini tamamlamasıdır. Çəkiliş apardığımız zaman şahidi olduq ki, əksər dükanlar boşalmış olsada, öz fəaliyyətini davam etdirənlər də var idi. Bazar nəzarətçisinin isə bizə verdiyi məlumata görə, “Şərq” bazarında May ayından etibarən təmir işlərinə başlanacaq. Bu səbəbdən də artıq satıcılar başqa yerlərdə özləri üçün dükan tapırlar. Onu da qeyd edək ki, hələki bazarın təmirinin nə zaman bitəcəyi barədə heç bir məlumat verilmir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 49 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 05.02.2018, 06:08

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM