Argentinada güclü daşqınlar nəticəsində 10 min nəfər təxliyyə olunub


Argentinada güclü daşqınlar səbəbindən 10 min nəfər təxliyyə olunub. Ən çətin vəziyyət ölkənin şimal-qərbində yaranıb. Leysan yağışlar nəticəsində çaylar məcrasından çıxıb, yolları tamamilə su basıb, binalara ziyan dəyib. Çaylarda suyun səviyyəsi 6 metr normanı aşıb. Daha əvvəl ölkənin Çako əyalətində daşqın nəticəsində 9 mindən çox ev su altında qalıb. Vəziyyətlə əlaqədar Argentina hökuməti fövqəladə rejim tətbiq edib

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 332 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 05.02.2018, 06:07

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM