Şanxayda mikroavtobus piyadaların üstünə sürülüb, 18 nəfər xəsarət alıb-


Çinin Şanxay şəhərində mikroavtobus səkiyə çıxaraq piyadalara xəsarət yetirib. Hadisə Şanxayın turizm rayonu kimi tanınan Xuanpuda baş verib. İdarəetmədən çıxaraq yaxınlıqdakı kafenin maneələrinə çırpılan avtobus yanmağa başlayıb. Yanğınsöndürənlər yanğını söndürə biliblər. Hadisə nəticəsində 18 piyada xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan üçünün vəziyyəti ağır qiymətləndirilir. Polis əməkdaşlarının verdiyi məlumata görə, hadisə qəsdən törədilməyib. 40 yaşlı sürücü sükan arxasında siqaret çəkən vaxt avtobusun salonuna od düşüb, nəticədə sürücü idarəetməni itirib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 333 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Hadisə Tarix: 02.02.2018, 06:52

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM