Salyan sakininin cibindən narkotik çıxıb-


Salyan şəhər sakini, 1994-cü il təvəllüdlü Fərəcov Seyfəddin Xanoğlan oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin cibində 7 ədəd sellofan bükümdə təmiz çəkisi 19,577 qram narkotik vasitə olan tiryək aşkar edilib. Həmçinin X.Fərəcovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan da 1 ədəd sellofan bükümdə narkotik vasitə olan tiryək və onun istifadəsi üçün nəzərdə tutulan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. S.Fərəcov öz ifadəsində narkotik vasitəni tapdığını bildirib. Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 211 | Kateqoriya: OTV Xəbər / Manşet / Kriminal Tarix: 02.02.2018, 06:51

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM