Ankarada güclü partlayış olub


Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. İnsident Çukurambar rayonunda, vergi müfəttişliyinin yanında baş verib. İnsident nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Son məlumata görə, qaz sızmasından qaynaqlanan güclü partlayış nəticəsində 3 nəfər yüngül xəsarət alıb. Ankara valisi Ercan Topaca öz açıqlamasında hadisənin diversiya ola biləcəyini ehtimal edib. Partlayışın səsi Ankaranın ətraf rayonlarında da eşidilib. Hazırda araşdırma aparılır.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 47 | Kateqoriya: OTV Xəbər / Manşet / Hadisə Tarix: 02.02.2018, 06:50

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM