Bakının ən böyük tunelində 2 yük maşını toqquşub


Bakının Nərimanov rayonunda ağır yol qəzası olub. Avtoqəza Ziya Bünyadov prospekti ilə Alı Mustafayev küçəsini birləşdirən yolötürücü tuneldə baş verib və iki yük maşınının toqquşması ilə nəticələnib. 1973-cü il təvəllüdlü Abbasov Tərlan Əldilşad oğlu idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə keçmiş Karl Marks dairəsi istiqamətində hərəkətdə olan zaman avtomobil qarşıda hərəkət edən "KamAZ" markalı digər yük maşınına çırpılıb. Məlumata görə, hadisəyə səbəb "KamAZ"ın sürücüsünün qəfildən əyləcdən istifadə etməsi olub. Avtoqəza nəticəsində sürücü T.Abbasov xəsarət alaraq, 1 saylı Xəstəxanaya çatdırılıb. Onun ayağının sındığı məlum olub. Yol qəzasının təfərrüatları araşdırılır.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 40 | Kateqoriya: OTV Xəbər / Manşet / Hadisə Tarix: 02.02.2018, 06:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM