İordaniya KXDR ilə diplomatik münasibətləri kəsib


İordaniya hökuməti Şimali Koreya ilə diplomatik münasibətləri pozmaq barədə qərar qəbul edib. Bu barədə cümə axşamı Krallıq hökumətindəki mənbəyə istinadən "Franc-Press" məlumat yayıb. "KXDR ilə heç vaxt möhkəm olmayan diplomatik münasibətlərin kəsilməsi, İordaniyanın bu məsələ üzrə müttəfiqlərinin siyasətinə uyğundur", - deyə agentlik mənbənin bəyanatını sitat gətirib. Qeyd edək ki, İordaniya hökumətinin müvafiq qərarı cümə axşamı kral II Abdullanın fərmanı ilə təsdiq olunub.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 298 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 02.02.2018, 06:46

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM