Həmsədrlər fevralın 7-də ermənistana səfər edəcək


ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer , Stefan Viskonti və İqor Popovun Ermənistana səfərlərinin vaxtı məlum olub. Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər. Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar. Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq. Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 43 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 02.02.2018, 06:43

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM