2 fevral gənclər günü ilə bağlı Tovuzda tədbir keçirilib


Tovuzda 2 fevral gənclər günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Tovuz olimpiya idman kompleksinin, Tovuz Gənclər evinin nünayəndələri və rayonun ictimai-siyasi fəaliyyətində fəal olan gənclər iştirak ediblər. Tədbirdə iştirak edən fəxri qonaqlarda ölkə prezidentinin gənclərə göstərdiyi qayğı və diqqətindən, gənclərimizin, xüsusi ilə də idmançılarımızın qazandığı uğurlardan danışıblar. Rayonun ictimai-siyasi fəaliyyətində fəal olan 11 nəfər gənc rayon icra hakimiyyəti başçısının fəxri-fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırılıb. Tədbirin sonunda isə Tovuz gənclərinin qazandıqları uğurlar və gənclərlə bağlı keçirilən müxtəlif tədbirləri əks etdirən video çarx nümayiş etdirilib

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 196 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 02.02.2018, 06:38

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM