Qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb


Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinə rayon ərazisində Vüqar adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə məlumat daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılaraq maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bölmədə toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı araşdırmalardan sonra məlum olacaq.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 303 | Kateqoriya: OTV Xəbər / Manşet / Kriminal Tarix: 02.02.2018, 06:37

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM