Erməni tibb bacısı Zakirin həyatını məhv edib


1986-cı ildə Mingəçevirdə dünyaya gələn Zakir Hüseynov ailənin sağlam, normal övladı olub. Onun həyatında dəyişiklik isə il yarım sonra baş verib. Anahid adlı erməni tibb bacısı azyaşılının gələcəyini məhv edib. Valideynlərin sözlərinə görə, hiyləgər qadın Zakiri peyvənd etmək əvəzinə onun onurğasındakı mayeni çəkib. Baş verən hadisədən sonra uşaq 3 gün ayılmayıb. Çətinliklərə baxmayaraq Hüseynovlar 30 ildir ki, qəsdin qurbanı olan, yalnız başını tərpədə bilən övladlarının yanından bir an belə ayrılmırlar. Hətta atası övladına görə 35 il çalışdığı kollektivdən ayrılıb. Yerli sakinlərin sözlərinə görə, Anahid adlı erməni tibb bacısı Mingəçevirdə çalışdığı müddətdə 80-dən çox uşağı öldürüb və şikəst edib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 61 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 31.01.2018, 05:49

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM