Bakıda keçmiş məhkumdan satmaq üçün gizlətdiyi 2 kq heroin götürülüb


Keçirilən əməliyyat nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman 1 bükümdə çəkisi 0,818 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Əli Həmidovda əlavə narkotik maddələrin olduğu müəyyən edilib. İfadəsində saxlanılan şəxs “Ramana qalası” adı ilə tanınan ərazinin yaxınlığında ona məxsus gizlətdiyi külli miqdarda narkotik vasitənin yerini də polis əməkdaşlarına göstərib. Həmin ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs külli miqdarda narkotik vasitəni əvvəllər tanımadığı Tehran adlı İran vətəndaşından 7000 manata aldığını bildirib. Əli Həmidov heroinə görə əvvəlcə həmin şəxsə 1000 manat ödəyib və qalan pulu narkotik vasitəni satandan sonra verəcəyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 185 | Kateqoriya: OTV Xəbər / Manşet / Kriminal Tarix: 31.01.2018, 05:43

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM