İranda qadınlar geyim qaydalarına etiraz olaraq aksiya keçiriblər


İranda hakimiyyətin 38 ildir qadınlara tətbiq etdiyi geyim qaydalarına etiraz olaraq zərif cinsin nümayəndələri Tehranın müxtəlif yerlərində aksiya keçiriblər. Qadınların tənha şəkildə aksiya keçirməsi son aylar ənənə halını alıb. Qeyd edək ki , 2017-ci il dekabrın 27-də 31 yaşlı Vida Müvəhid Tehranın İnqilab prospektində baş örtüyünü bayrağa çevirərək saçları tökülmüş vəziyyətdə etiraz aksiyası keçirmişdi. Polis həmin gün qadını həbs etsə də, yanvarın 28-də sərbəst buraxdıb. Yanvarn 29-da isə Vida Müvəhidin hərəkətini bir neçə qadın təkrarlayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 280 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 31.01.2018, 05:29

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM