Rusiyanin ABŞ-dakı səfiri: "ABŞ sanksiyalarla Moskvanı qorxuda bilməz"


“ABŞ-ın tətbiq etməyə çalışdığı sanksiyalar mənasızdır. Moskvanı bu yolla qorxutmaq mümkün deyil”. Bu sözləri Rusiya Federasiyasının ABŞ-dakı səfiri Anatoliy Antonov “Rusiya-24” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu sanksiyaların heç bir sonu yoxdur. “İndi dediyim şeylər şüar deyil, bu, həqiqətən də belədir. Maraqlıdır ki, Rusiyaya qarşı bu sanksiyaları tətbiq edən siyasətçilər, insanlar, bizim quyruğumuzu gizlədərək öz mövqelərimizi müdafiə etməyəcəyimizi düşünürlər?”, -deyə səfir əlavə edib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 305 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 29.01.2018, 23:25

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM