Moskvada Azərbaycan vətəndaşı öldürülüb


Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib. Hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerindəcə ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Həsənov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Qətli törədən törədən şəxs silahı hadisə yerinə qoyaraq qaçıb. Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
a

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 348 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 29.01.2018, 23:20

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM