İdlibdə bazarın havadan atəşə tutulması nəticəsində 11 nəfər ölüb » OTV - İnternet Televiziyası

İdlibdə bazarın havadan atəşə tutulması nəticəsində 11 nəfər ölüb


Suriyanın İdlib əyalətində kartof bazarının havada atəşə tutulması nəticəsində 11 nəfər ölüb, 13 nəfər yaralanıb. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, hadisə yerinə gələn İdlib Mülki Müdafiə İdarəsinin rəisi Mustafa Hac Yusuf axtarış və xilasetmə işlərinin sona çatdığını və yaralıların ətrafdakı xəstəxanalara aparıldığını bildirib: “Bazarı rus təyyarələri atəşə tutub”. Qeyd edək ki, 2017-ci ilin mayında Astana keçirilən iclasda Suriyanın şimalında, Türkiyə sərhədindəki İdlib əyalətində gərginliyin azaldılmasına qərar verilsə də, müxalifətin nəzarəti altındakı bölgə hələ də Əsəd rejimi və Rusiya hərbçilərinin hücumlarına məruz qalır

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 241 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Kriminal Tarix: 29.01.2018, 23:12

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM