Prezident İlham Əliyev Ekvador və Çili səfirlərinin etimadnaməsini qəbul edib


Ekvadorun Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfəri German Alexandro Orteqa Almeyda fəxri qarovul dəstəsinin qarşısından keçib. German Alexandro Orteqa Almeyda etimarnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Söhbət zamanı Azərbaycan ilə Ekvador arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib. Qeyd edilib ki, iqtisadi əlaqələrin müxtəlif sahələrdə, xüsusən idxal-ixrac sahəsində inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. Bu arada Prezidenti İlham Əliyevin daha bir görüşü baş tutub. Azərbaycan prezidenti Çilinin yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanı qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulanıb. Prezident İlham Əliyev bildirib ki, ölkələrimizin biznes icmaları arasında əməkdaşlıq, rəsmi səviyyədə qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda xalqlar arasında münasibətlər yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək edə bilər. Bu işdə ticarət və investisiya imkanlarının müəyyənləndirilməsi də mühüm rol oynaya bilər. Səfir Xose Manuel Silva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Çili Respublikasının Prezidenti Sebastian Pinyeranın tapşırığı əsasında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 193 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 26.01.2018, 21:45

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM