İspaniya xin başçısı davosda müzakirələr zamanı huşunu itirib


İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Alfonso Dastis Kesedo İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutan müzakirələr zamanı huşunu itirib. Hadisə dünən - sosial birlik üzrə kollokvium zamanı baş verib. İspaniya kralı və müzakirələrdə iştirak edən digər iştirakçılar 62 yaşlı nazirə yardım ediblər. Diplomatın vəziyyəti tezliklə yaxşılaşsa da, o, sonrakı bəzi görüşlərdə monarxı müşayiət edə bilməyib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 327 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Hadisə Tarix: 25.01.2018, 07:21

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM