Narkotik alqı-satqısı ilə məşqul olan şəxs saxlanılıb


Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan Rəhman Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan bağlamaya baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan tiryək və marixuana aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin 7 kiloqram tiryək və 1 kiloqram qurudulmuş marixuana olmadı barədə rəy verilib. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. R.Məmmədov ifadəsində narkotik vasitələri satmaq niyyəti əldə etdiyini bildirib Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 261 | Kateqoriya: OTV Xəbər / Manşet / Kriminal Tarix: 25.01.2018, 07:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM