Keçmiş məhkumlardan silah tapılıb


Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 22 DƏkeçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş Cənnət Məcidovun yaşadığı evə baxış keçirilib.Baxış keçirilən zaman oradan “RPK 74” markalı silah və 5 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə Masallı rayonunda qeydiyyatda olan Ələddin Abdullayevdəndə qanunsuz silah aşkarlanıb .Bölmə əməkdaşlarınnın həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Saxlanılan şəxs ilkin ifadəsində odlu silah-sursatı satmaq niyyəti ilə üzərində gəzdirdiyini bildirib. Faktla bağlı 39-cu Polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aşkar edilən silahdan hansısa cinayətdə istifadə olunub-olunmadığı isə araşdırmalardan sonra məlum olacaq.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 406 | Kateqoriya: OTV Xəbər / Manşet / Kriminal Tarix: 25.01.2018, 07:12

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM