Tramp hökumətin işini iki həftə uzadıb


ABŞ prezidenti Donald Tramp hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə haqqında qanunu imzalayıb. bu barədə Ağ Evin məlumatında deyilir. Bundan əvvəl sənəd səsvermə yolu ilə Konqresin hər iki palatasında təsdiqlənib. Beləliklə, federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək. Sənəd fevralın 8-ə qədər qüvvədə qalacaq. Bu, 2017-ci ilin oktyabrından etibarən qəbul edilən sayca 4-cü müvəqqəti büdcədir. Buna Konqresdə Respublikaçılar və Demokratlar arasında xüsusən immiqrasiya ilə bağlı məsələlərə dair fikir ayrılığı səbəb olub.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 289 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 24.01.2018, 02:48

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM