Kolumbiyada avtobus uçuruma aşıb, 13 nəfər ölüb


Kolumbiyada avtobus uçuruma yuvarlanıb, hadisə nəticəsində 13 sərnişin dünyasını dəyişib. Onlardan 7-si kişi, 5-i qadın, biri isə altı aylıq körpədir. Yerli polisin başçısı, mayor Fernando Montanya bildirib ki, qəza Kolumbiyanın şərqində - Pasto şəhərindən Tumakoya gedən yolda baş verib. Avtobus torpaq sürüşməsi səbəbindən uçuruma yuvarlanıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 232 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya / Hadisə / Kriminal Tarix: 22.01.2018, 08:11

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM