Bu gün AŞPA-nın qış sessiyası başlayır


Bu gün Strasburqda Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. Sessiyada AŞPA-nın yeni sədri, təşkilatın insan haqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri seçiləcək. Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır. Sessiyada AŞPA-nın yeni sədri, təşkilatın insan haqları üzrə komissarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri seçiləcək. Bundan başqa, Danimarkanın varis şahzadəsi, Avstriyanın Prezidenti Aleksandr van der Bellen iclasda çıxış edəcəklər. Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarqsyan AŞPA deputatları qarşısında məruzə edəcək. Yanvarın 26-da isə sessiyada Azərbaycan nümayəndə heyətinin üzvü Vüsal Hüseynovun hazırladığı hesabat müzakirə olunacaq. Sessiyanın gündəliyində Ukraynadakı silahlı münaqişənin humanitar nəticələri, Fələstin-İsrail münaqişəsinin tənzimlənməsi prosesi, Avropada antisemitizmin artması, İslamofobiya və ksenofobiya məsələləri də var. Sessiya yanvarın 26-da başa çatacaq. Bu arada Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç İsveçrənin eyniadlı şəhərində keçiriləcək Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə məlumat Şefçoviçin işgüzar təqvimində yer alıb. Təqvimə görə, Şefçoviç İlham Əliyevlə yanaşı, Rusiyanın energetika naziri Aleksandr Novak, Ukrayna prezidenti Pyotr Poroşenko, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, ABŞ-ın energetika naziri Rik Perri, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşməyi də planlaşdırır. Davos İqtisadi Forumu yanvarın 23-dən 26-dək keçiriləcək.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 335 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 22.01.2018, 08:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM