Liviyada hava limanına hücumla əlaqədar 61 nəfər saxlanılıb » OTV - İnternet Televiziyası

Liviyada hava limanına hücumla əlaqədar 61 nəfər saxlanılıb


Tripoli beynəlxalq hava limanına edilən hücumla əlaqədar 61 nəfər saxlanılıb. Bu barədə “Sinxua” agentliyi xəbər verib. Məlumata əsasən, saxlanılanlardan 6-ı sərbəst buraxılıb. Yanvarın 15-də Tripolidə “Mitiqa” beynəlxalq hava limanına hücum zamanı azı 20 nəfər ölüb, 60 nəfər yaralanıb. Hava limanında Tripolidə Milli Barışıq hökumətinə loyal iki qruplaşma arasında toqquşma baş verib. 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səs vermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Milli Barışıq hökuməti isə Tripolidə yerləşir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 233 | Kateqoriya: OTV Xəbər / Manşet / Hadisə / Kriminal Tarix: 22.01.2018, 07:58

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM