Britaniya Parlamentində 20 yanvar şəhidlərinin xatirəsi yad edilib


Böyük Britaniya parlamentində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib. Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, parlament üzvü, Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Blekmanın sədrliyi ilə keçirilən tədbirdə Lord Devid Evans, Lord Lesli Turnberq, habelə 40-dək xarici diplomat, Azərbaycan diasporunun fəalları və ölkəmizin yaxın dostları iştirak ediblər. Anım mərasimində vurğulanıb ki, 20 Yanvar faciəsi Azərbaycanın yaxın tarixində baş vermiş ən qanlı hadisələrdən biridir. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik sovet hərbi kontingentinin Bakıdakı dinc nümayişçilərə qarşı amansız davranışı tarixə qanlı hərflərlə yazılıb. Onlar Sovet İttifaqı Kommunist Partiyasının sonuncu baş katibi Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazovun birbaşa əmri ilə hərəkət ediblər. 20 Yanvar qətliamı Azərbaycanın 1991-ci ilin 18 oktyabr tarixində əldə etdiyi dövlət müstəqilliyinə aparan yolun başlanğıcı olub.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 224 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 20.01.2018, 00:25

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM