Türkiyədə üç avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 74 nəfər yaralanıb » OTV - İnternet Televiziyası

Türkiyədə üç avtobus qəzaya uğrayıb, 6 nəfər ölüb, 74 nəfər yaralanıb


Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb. “Haberturk” xəbər verir ki, hadisə bu gün səhər saatlarında ölkənin Muş ilə Bingöl əyalətinin Solhan kəndi ərazisində baş verib. Avtobus Hatay şəhərindən Muşa doğru gedirmiş. Qəza nəticəsində yaralananlar xəstəxanaya yerləşdirliblər. Hadisənin səbəbi araşdırılır Türkiyədə daha bir avtobus qəzası baş verib. “Hürriyet” qəzeti bildirir ki, Konya-Afyonkarahisar avtomobil yolunda avtobusun aşması nəticəsində isə 38 nəfər yaralanıb. Yaralılardan 7-sinin vəziyyəti ağırdır. İlkin məlumata görə, hadisə güclü qar yağması və şaxta nəticəsində yolların buz bağlaması səbəbindən baş verib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 204 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 20.01.2018, 00:18

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM