Bakıda banka basqın olub


“Turanbank”ın Bakıdakı filiallarından birinə basqın olub. Hadisə bankın Nizami küçəsi- 53 ünvanında yerləşən Yasamal filialında qeydə alınıb. Məlumata görə, əlində kəsici alət olan naməlum şəxs filialın kassasına yaxınlaşaraq kassirdən hədə-qorxu ilə pul tələb edib. Hadisə yerinin yaxınlığında olan polis əməkdaşları həmin şəxsi yaxalayıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 231 | Kateqoriya: OTV Xəbər / Manşet / Hadisə / Kriminal Tarix: 19.01.2018, 00:54

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM