Bakıda yük maşını körpüdən aşıb


Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. Yük maşını dəmir maneələrə çırpılaraq təxminən 6 metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb. Hadisə yerinə DYP əməkdaşları gəliblər. Qeyd edək ki, hadisə ilə əlaqədar Avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 226 | Kateqoriya: OTV Xəbər / Manşet / Hadisə Tarix: 18.01.2018, 03:36

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM