Madaqaskarda qasırğa 51 nəfərin ölümünə səbəb olub


Madaqaskarda "Ava" qasırğası 51 nəfərin ölümünə səbəb olub. “Sinxua” agentliyinin verdiyi xəbərə görə, təbii fəlakət zamanı 22 nəfər itkin düşüb. Təbii fəlakət təxminən 160 min insana zərər vurub, 54 min nəfər təxliyə edilib. ”Ava” tropik qasırğası Madaqaskar üzərindən yanvarın 8-də keçib. Küləyin surəti bəzi ərazilərdə saatda 140-190 km təşkil edib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 105 | Kateqoriya: OTV Xəbər / Manşet / Dünya Tarix: 16.01.2018, 01:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM