Qubada son illərdə super intensiv bağçılığa maraq yüksəlib


Qubadakı mövcud alma bağları təxminən 30-40 il əvvəl salınıb və bu gün üçün bioloji inkişaf dövrünü başa vurub. Bu səbəbdən də fermerlər yeni - super intensiv tipli bağ salmaq istəyir. Lakin bu sahə üzrə kifayət qədər mütəxəssisin olmaması fermerlərin işini çətinləşdirir. Problem səbəbindən bağbanlar bu işə tərəddüdlə yanaşırlar. Əslində haqsız da deyillər. Çünki indiyədək bəzi təsərrüfat sahiblərinin əkdiyi tinglər köhnə qaydada arqotexniki qulluq olduğu üçün sıradan çıxıb. Buna görə də əksər fermerlər mütəxəssissiz bağ salmağa ehtiyyat edir. Bölgədə super intensiv bağçılıq üzrə yeganə aqronom olan Faiq Şeydayevin sözlərinə görə, ənənəvi bağlarla müqayisə də super intensiv bağların becərilməsi tam fərqlidir. Bu səbəbdən də mütəxəssis rəyi mütləqdir. Quba rayon Kənd Təsərrüfatı İdarəsindən isə bildirilir ki, bu sahədə yaşanan problem yaxın illər ərzində tamamilə həllini tapacaq. Çünki artıq Respublika Aqrar Universitetində müasir tipli bağlar üzrə mütəxəssislər hazırlanır. Qeyd edək ki, son 5 ildə Qubada min hektara yaxın super intensiv meyvə bağları salınıb. Quba ilə yanaşı Xaçmaz və Qusar rayonlarında da son illər superintensiv bağçılığa maraq yüksəkdir. Hazırda şimal bölgəsində ümumilikdə 2500 hektardan artıq müasir tipli bağ sahələri mövcuddur.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 114 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 15.01.2018, 07:24

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM