Zambiyada komendant saatı tətbiq edilib


Zambiyada tüğyan edən vəba epidemiyası ilə əlaqədar ölkənin bir sıra bölgəsində komendant saatı tətbiq edilib, küçə alış-verişinə qadağa qoyulub. Bu barədə Zambiyanın daxili işlər naziri Stefano Kampionqo bildirib. Onun sözlərinə görə, adı çəkilən qərarlar paytaxt Lusaka şəhərində iğtişaşlara səbəb olub. Bir qrup şəxs polis məntəqəsinə hücum edib. Etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb. Asayiş keşikçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, azı 60 nəfər saxlanılıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 44 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 15.01.2018, 07:20

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM