ABŞ-da sel və daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb


ABŞ-ın Kaliforniya ştatında sel və daşqınlar nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb. Bu barədə Santa-Barbara dairəsinin şerifi Bil Braun bildirib.Yanvarın 12-də xilasedicilər sel nəticəsində həyatını itirmiş 87 yaşlı kişinin meyitini aşkar ediblər. Bununla da ştat ərazisində təbii fəlakət qurbanlarının sayı 18-ə çatıb, 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb.Kaliforniyada sel və daşqınların yaranmasına aramsız leysan yağışlar səbəb olub. Təbii fəlakət nəticəsində 60 yaşayış evi dağılıb, 450 evə ziyan dəyib.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 160 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 15.01.2018, 07:19

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM