Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər


Bəzən uşağın nitqinin gec inkişaf etməsi valideynin gözündən yayınır. Elə problemində kökü burdan yaranır. Mütəxəsisslər hesab edir ki, nitqində qüsur olan balacalarla erkən yaşlarından məşğul olunmalıdır ki, gələcəkdə valideynlər heç bir problemlə rastlaşmasın. Ona görə də valideyn uşaqla nə qədər çox ünsiyyətdə olsa, bir o qədər də onun nitqinin inkişafında köməkçi olar. Nitqin ən geniş yayılan qüsürlarından biri də kəkələmədir. Uşağın nitq qüsurunu aradan qaldırmaq üçün bir çox nitq inkişafi mərkəzlərində xüsusi təlim-tərbiyə üsullarından istifadə edilir. Danışıqda yaranan pozulmalar nəticəsində ətraf mühitlə ünsiyyətdə çətinlik yaranır. Buna görə də belə bir qüsurla rastlaşdıqda dərhal mütəxəssisə müraciət olunmalıdır. Dil nə qədər böyük meydan aça bilsə, fikir də özünü o qədər azad hiss edər deyilib. Ona görə də valideynlər, övladlarımızın daha səlist nitqə malik olmağını istəyirsizsə, onda uşağı erkən yaşından bir şəxsiyyət kimi formallaşdırın

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 287 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 15.01.2018, 07:16

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM