Putin: "Rusiya və ABŞ" arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır


Rusiya prezidenti Vladimir Putin güman edir ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır. “Prezident əlavə edib ki, ikitərəfli münasibətlərin normallaşması Moskvadan asılı deyil: “Onlar öz istəklərini ortaya qoyduqda, özlərində cəsarət tapdıqda və sağlam düşüncə nümayiş etdirdikdə, nəhayət başa düşəcəklər ki, Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasında Birləşmiş Ştatların özünün maraq dairəsindədir, hər şey normallaşdıqda isə münasibətlər də inkişaf edəcək”, — deyə RİA “Novosti” Putinin sözlərini stat gətirib. “Bu bizdən asılı deyil”, — deyə prezident bildirib. Bu arada Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan enerji sahəsindəki irimiqyaslı layihələrin reallaşdırılmasında əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildiriblər. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir. Prezidentlər telefon danışığı zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından məmnun olduqlarını bildiriblər.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 285 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 13.01.2018, 02:45

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM