İşıqlı dünyada “işıqsız” qalmaq öz əlimizdədir


Satıcılar bildirir ki, gözün görmə qabiliyyətini müəyyən edən apparatları olsa da, onlar bu məsuliyyəti öz üzərlərinə götürmür. Optik mütəxəssisi deyir ki, heç bir alıcıya həkim məsləhəti olmadan eynək hazırlanmır. Bəzən bu cür eynəklərin səyyar satışı ilə məşğul olan insanlarla da rastlaşırıq. Bu cür səyyar satıcıların məsuliyyətsizliyindən alıcıların gözlərində olmayan problem belə yaranır. Çünki həkim məsləhəti olmadan və yaxud səhlənkarlıq səbəbindən səyyar satıcılardan eynək alan zaman böyük fəsadlarla rastlaşa bilərik. Şəhər sakinləri arasında da apardığımız sorğu zamanı məlum oldu ki, alıcılar əsasən keyfiyyətli məhsulu deyil, dəbli və üz quruluşuna uyğun olanı seçir. Mütəxəsislər isə keyfiyyətsiz məhsulun təhlükə mənbəyi olduğunu deyir. Şəhər sakinləri arasında da apardığımız sorğu zamanı məlum oldu ki, alıcılar əsasən keyfiyyətli məhsulu deyil, dəbli və üz quruluşuna uyğun olanı seçir. Mütəxəssislər isə keyfiyyətsiz məhsulun təhlükə mənbəyi olduğunu deyir. Odur ki, sağlamlığımızın qədrini bilək. Ucuz qiymətə eynək alıb, sonda işıqlı dünyada işıqsız qalmayaq.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 239 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 13.01.2018, 02:42

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM