Ad insanı yox, insan adı ucaldır » OTV - İnternet Televiziyası

Ad insanı yox, insan adı ucaldır


Ad insanı yox, elə insan adı ucaldır deyib bir çox valideyn övladına qeyri-adi ad qoymağa çalışır. Bu səbəbdən bir çoxları məcburiyyət qarşısında qalıb dövrümüzlə ayaqlaşmayan və qulağa yad adlar qoyurlar. Sırf fərqlilik olsun deyə gülməli adlar qoymağa çalışanlar da az deyil. Mövzu dəfələrlə müzakirə olunsa da, qeyri-adi və qoşma adlar qoymağa davam edilir. Elə qəhrəmanımız Osan Fərzəliyeva fərqli ismə sahib olan şəxslərdəndir. Qəhrəmanım bildirir ki, bu maraqlı ad ona nənəsinin hədiyyəsidir və o, öz adı ilə fəxr edir Stəkan nənə, Traktor dayı, Mərifət xala və bu kimi qədimi adlara dövrümüzdə az-az rast gəlsək də, qoşma adlar daha sıx qoyulur. Folklorşünas Əpoş İslamoğlu bildirir ki, “ASAN XİDMƏT” Mərkəzlərində yeni doğulan uşaqlar üçün adların siyahısı hazırlanıb. Həmin siyahıya iki-üç mərtəbəli olmayan adlar daxil edilib. Yəni ki, övladına qeyri-adi ad qoymaq istəyən valideynlər, artıq istəklərinə nail ola bilməyəcəklər Uşaq dünyaya göz açanda belə deyilir “Adı ilə böyüsün”. Ona görə də elə bir ad seçmək lazımdır ki , gələcəkdə həmin şəxs öz adınan sıxılmasın.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 185 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 13.01.2018, 02:31

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM