“Ucuz ölüm"ün qarşısını almaq mütləqdir


Çox vaxt azyaşlıların siqaret çəkməsinin şahidi oluruq. Əgər uşaq və yeniyetmə siqaret çəkməyə başlayırsa. Bu problem cəmiyyətdə böyük narahatlığa səbəb olur. Psixoloq Aytən Ələkbərova bildirir ki, tütün aludəçiliyi bir çox səbəblərdən yaranır. Zamanla nikotindən asılı olan yeniyetmə artıq siqareti yaşam tərzinə çevirir. Bəzən azyaşlıların siqaret çəkməyinin səbəbi düşdüyü mühit olsa da, ailə daxili problem faktoru da böyük rol oynayır. Gələcəyimiz olan uşaqlar arasında nikotin əleyhinə təbliğat aparılması lazımdır. Onların siqaretin çəkməyinin hansı ağır nəticələrə gətirib çıxaracağı haqda sosial çarxlar çəkilməlidir. Çünki siqaretə düşkün olan azyaşlı, zamanla daha da artıqına meyl salır Bağlı məkanlarda xüsusən, tütün istifadəçisi siqaret çəkməyən birinə daha çox zərər vurur. Buna görə də əhalinin sağlamlığını qorunması bir öncəlik olmalıdır. Bu səbəbdən siqaretdən istifadə və tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması üçün, əksər yerlərdə siqaret çəkmək qadağan edilib. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 1 dekabr 2017-ci il sərəncamına əsasən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması “ haqqında qanun qüvvəyə minib

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 314 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 12.01.2018, 04:17

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM