Müasir “tıq-tıq” xanımlar və “cırtdanlar” hardadır?


Əvvəllər cizgi filmlərinə böyük maraq olsa da, indiki dövrdə ölkəmizdə animasiyanın inkişafına diqqət kifayət qədər deyil. Uşaqların fərdi inkişafı və əyləncəsi ilə bağlı animasiya sahəsində müəyyən tədbirlər öz əksini tapsa, bu azyaşlıların özünü inkişaf etdirməsinə böyük təkan verər. Rejissorların fikrincə Azərbaycanda animasiya sənətinə nə maraq var nə də yetərincə vəsait ayrılır. Rüfət Nəzərin sözlərinə görə, cizgi filmlərin çəkilməməsinin əsas səbəblərindən biri və başlıcası onun gəlir gətirib gətirməyəcəyini düşünüb hərəkət edilməsidir. Psixoloq Aytən Ələkbərova fikrincə, milli cizgi filmlərin azlığı balacalara çox böyük təsir edir. Milli cizgi filmləri çəkilməzsə gələcəkdə dilimiz və milli mentalitetimiz unudula bilər. Necə deyərlər uşaqlar bizim gələcəyimizdir. Onların gələcəyinin təməli də elə uşaqlıqdan başlayır. Buna görə də animasiya sahəsinə lazımi qədər maraq yaratmaqlıyıq və kadr hazırlamalıyıq ki, Azərbaycanın gələcəyi məhv olmasın.


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 233 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 12.01.2018, 04:14

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM