Tramp 2020-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir


ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək dövlət başçısı seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir. Bunu bazar ertəsi jurnalistlərə Ağ evin mətbuat katibinin müavini Hoqan Gidli deyib. "Şübhəsiz ki, o, növbəti seçkilərdə yenidən prezidentliyə görə mübarizə aparacaq", - Gidli deyib. Onun bəyanatının stenoqrammını Ağ ev yayıb. Tramp 2016-cı ilin noyabr ayında keçirilən prezident seçkilərində demokrat namizəd Hillari Klinton üzərində qələbə qazanaraq dövlət başçısı olub. O, vəzifəsinin icrasına 20 yanvar 2017-ci ildə başlayıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 192 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 10.01.2018, 09:00

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM