KXDR ilə Cənubi Koreya arasında danışıqlar başlayıb


Çərşənbə axşamı səhər Panmunjomun sərhəd məntəqəsində Koreya Respublikası ilə KXDR arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq start götürüb. bu barədə Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb. 2015-ci ilin dekabr ayından bu yana aparılan Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq. Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir. Cənub nümayəndə heyətinə vəhdət naziri Ço Myon Qyon, Şimal nümayəndə heyətinə isə Koreya Sülh Vəhdət Komitəsinin sədri Ri Son Qvon rəhbərlik edir.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 321 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 10.01.2018, 08:59

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM