Tunisdə etirazçılarla polis arasında toqquşmalar baş verib


Tunisin Teburba şəhərində etirazçılarla polis arasında baş verən toqquşmalar nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.Toqquşmalar işsizlik, qiymətlərin və vergilərin qaldırılmasına qarşı keçirilən aksiyada qeydə alınıb. Məlumata görə, bəzi etirazçıların hökumət binasına od vurmaq çağırışı vəziyyəti nəzarətdən çıxarıb. Etiraz aksiyaları Tunisin bir sıra digər şəhərlərində də keçirilib. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Onu da qyd edək ki, Tunisdə 2011-ci ildə başlayan maliyyə böhranı davam edir. 2015-ci ildə törədilən terror hücumlarından sonra ölkəyə turist axını kəskin şəkildə azalıb.

Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 201 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 10.01.2018, 08:57

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM