Amerikada 26 nəfər şaxtadan donaraq ölüb


Birləşmiş Ştatlarda ölkənin Şərq sahili üçün qeyri-adi olan şaxtalar nəticəsində 26 nəfər ölüb. Bazar ertəsi səhər saatlarına olan vəziyyətə görə, ölüm halları ölkənin şərq hissəsində – Şimali Karolinadan Nyu-Yorka qədər olan ştatlarda qeydə alınıb. Bildirilir ki, bəzi sahil ştatlarında küləyin yaratdığı dalğalar bir sıra yaşayış məntəqələrində küçələri su altında qoyub. Massaçusets ştatında rəhbərlik küçələrə dolan suyun donmağa başlamasından sonra əhalinin bir hissəsini təxliyyə etmək məcburiyyətində qalıb. Həmçinin bir neçə hava limanı bağlanıb, xəstəxanalara donma diaqnozu ilə çoxlu sayda xəstə gətirilib. Kanalın məlumatına görə, soyuq Arktika havası səbəbindən Men ştatının Portlend şəhərində ən aşağı temperatur rekordu (mənfi 24 Selsi dərəcə), Bostonda isə sonuncu dəfə 1896-cı il müəyyən edilən ən aşağı temperatur dərəcəsi (mənfi 19 dərəcə) qeydə alınıb.

Category


Mətndəki səhvləri bizə bildirin. Bunun üçün mətni seçib, CTRL + ENTER düymələrini sıxın.
Müəllif: İlqar Mehmanoğlu | Baxılıb: 21 | Kateqoriya: OTV Xəbər / Manşet Tarix: 10.01.2018, 08:56

DİGƏR XƏBƏRLƏR

CANLI YAYIM